Hüquq müdafiəçisi Oqtay Gülalıyev tezliklə əməliyyat blokundan Reanimasiya şöbəsinə düşürüləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
O.Gülalıyev dünən axşam saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər.
““City Hospital”dan Səhiyyə Nazirliyinə verilən məlumata görə, O.Gülalıyevin əməliyyatı bitib. O, hələlik əməliyyat blokundadır. Tezliklə Reanimasiya şöbəsinə düşürüləcək”, - deyə məlumatda bildirilir.*
F.İsazadə