Azərbaycanın vergi orqanları Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edən fiziki və hüquqi şəxslər üçün bir sıra güzəştlər tətbiq etməyi təklif edir.
Bu, baxılmaq üçün Milli Məclisə təqdim edilmiş Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə nəzərdə tutulub.
Dəyişikliklər Formula 1 və Formula 2 yarışları çərçivəsində qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadəyə və ya istifadə hüquqlarının verilməsinə görə qeyri-rezident olan hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilən royalti gəlirlərinin 2018-ci il yanvarın 1-dən 6 il müddətində ƏDV-dən azad edilməsini nəzərdə tutur.
Dəyişikliklər, həmçinin Formula 1 və Formula 2 yarışları ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanmış müqavilə əsasında mal, iş və xidmətin təqdim edilməsinin 6 il müddətində ƏDV-dən azad edilməsini nəzərdə tutur.*
Ə.Məmmədov