“Azərsu” ASC su təmizləyici qurğularında nasosların dəyişdirilməsinə 4 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, “Azərsu” «ArchiCo» MMC ilə 3 mln. 948 min manat məbləğində müqavilə imzalayıb.
Müqaviləyə əsasən, «ArchiCo» Ceyranbatan və Kür su təmizləyici qurğularında 11 ədəd nasos avadanlığının dəyişdirilməsini həyata keçirəcək. **
B.Rüstəmbəyov