22-23 noyabr atrixlərində Moskvada 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu keçiriləcək. Bu barədə Roskonqress Fondunun məlumatında deyilir.
“Noyabrn 23-də Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva və RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko VDNX-da “Kosmonavtika və aviasiya” mərkəzində Forumun plenar iclasını keçirəcəklər”, - məlumatda deyilir.
Məlumata əsasən, Forum Roskonqress Fondunun köməyi ilə RF İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat Nazirliiyi ilə birgə keçiriləcək.
Noyabrın 22-də Forumun işçi proqramını RF iqtisadi inkişaf naziri Maksim Oreşkin və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov açacaqlar. Proqrama Rusiya-Azərbaycan və Azərbaycan –Rusiya İşgüzar Şuraların geniş iclası, həmçinin nəqliyyat infrastrkturu, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə işgüzar regional əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair dörd dəyirmi masanın təşkili daxildir.
“Ölkələrimiz arasında əldə olunan qarşılıqlı əlaqələrin yüksək səviyyəsi nəinki profil idarələrin, həm də cari vəzifələrin həllində və əlaqələrin perspektivli istiqamətlərinin müəyyən olunmasında fəal iştirak edən işgüzar birliyin həlledici səviyyədə nailiyyətidir. Rusiya və Azərbaycan iqtisadiyyatlarımızın şaxələndirilməsi siyasətinə və aqrar sahədə əməkdaşlıq üzrə kompleks sistemin formalaşmasına yönəlib. Ölkələrimiz qarşısında nəqliyat və texnologiyaların modernləşdirilməsi sahəsində miqyaslı vəzifələr durur. Turist axını və qarşılıqlı səfərlərin artırılmasına dair fəal iş həyata keçirilir. Mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi davam etdirilir”, - məlumatda Oreşkinin sözlərindən sitat gətirilir.
2018-ci ildə Forum çərçivəsində 17 saziş imzalanıb. **
F.İsazadə