Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-sentyabr aylarında 12 mlrd. 835 mln. manat məbləğində qiymətli kağızların dövlət qeydiyyatını həyata keçirib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,6% çoxdur. Bu barədə MBNP-nin məlumatında deyilir.
Yanvar-sentyabr aylarında Palata 89 emitent (artım 56,1%) tərəfindən 1 mlrd. 312,7 mln. manat məbləğində səhmlərin (artım 36,6%) buraxılışını qeydiyyata alıb.
Banklar 395,8 mln. manat məbləğində (azalma 29,3%) 11, sığorta şirkətləri 80 mln. manat məbləğində (artım 57,5%) 6 (artım 3 dəfə), digər təşkilatlar isə 836,9 mln. manat məbləğində (artım 2,4 dəfə) 72 səhm emissiyası (artım 63,6%) həyata keçirib.
Bundan əlavə, cari ilin 9 ayı ərzində 19 emitent (azalma 52,5%) tərəfindən 1 mlrd. 626,8 mln. manat məbləğində korporativ istiqrazların (artım 66,3%) qeydiyyatı aparılıb. Hesabat dövründə kredit təşkilatları tərəfindən 41 mln. manat, digər təşkilatlar tərəfindən 1 mlrd. 585,8 mln. manat məbləğində istiqrazların emissiyası qeydiyyata alınıb.
Yanvar-sentyabr aylarında 9,896 mlrd. manat ümumi məbləğdə dövlət qiymətli kağızlarının qeydiyyatı da aparılıb (аzalmа 0,8%). **
B.Rüstəmbəyov