“Aztelekom” MMC internet istifadıçilərinə müasir standartlara uyğun IPTV xidmətlərinin göstərilməsi və LTE modemlərinin satın alınmasına təqribən 930 min manat yönəldib.
www.tender.gov.az saytının məlumatına görə, IPTV Infrastrukturu və modemlərin tədarükçüləri ilə 928,374 min manat ümumi məbləğdə iki müqavilı imzalanıb.
“Digitsol” MMC “Aztelekom”a IPTV avadanlığı tədarük edəcək. Tərəflər arasında imzalanan müqavilənin dəyəri 530 min 574.02 manatdır.
Bundan başqa, LTE modemlərinin satın alınmasına dair “Elcazen Business Development CO” LTD ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri – 397,8 min manatdır.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir. MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.**
B.Rüstəmbəyov