Bakıda iki sərnişin avtobusunun toqquşması nəticəsində 7 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Pedaqoji Kollecin yaxınlığında iki sərnişin avtobusu toqquşub. Nəticədə 7 qadın yaralanıb”, - deyə məlumatda bildirilir.
Yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıblar.
“Onların vəziyyəti orta-ağırdır”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov