Azərbaycanın gömrük orqanları ümumi çəkisi 386 qram zərgərlik məmulatının Türkiyədən ölkəyə bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş "Yaşıl kanal" buraxılış sistemindən istifadə edərək gömrük nəzarətindən keçən zaman saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib. Şəxsi yoxlamadan öncə o, əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi və alt geyimində gizlətdiyi 1 ədəd sellofan bükümü gömrük əməkdaşına təqdim etməli olub. Şəxsi yoxlama zamanı isə vətəndaşın alt geyimində daha 1 ədəd sellofan büküm aşkar olunub”, - məlumatda deyilir.
Məlumata əsasən, həmin bükümlərdə isəqızıldan hazırlanan,bəzilərinin üzərində qaşlar olan 34 ədəd qolbaq və 75 ədəd boyunbağı aşkarlanıb. Aşkar olunan zərgərlik məmulatının ümumi çəkisi 386 qram təşkil edib”, - Komitədən qeyd olunur.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə