Bakı Fond Birjasının (BFB)rəhbərliyi ticarət tariflərinin 50% azaldılmasına dair qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
“Simulyasiyalar və müqayisəvi təhlillər nəticəsində üstünlük təşkil edən istiqraz bazarı üzrə əməliyyatlardan tutulan xidmət haqqı azaldılıb. Ticarət həcmi əhəmiyyətli dərəcədə artan repo əməliyyatları üzrə də xidmət haqları sadələşdirilib. Tariflərin aşağı salınması kapital bazarına əlavə investor bazasının cəlb edilməsi, marketmeyker fəaliyyətinin canlandırılması, likvidliyin artırılması və bazar iştirakçılarının xərclərinin azalması kimi məsələlərdə öz müsbət təsirini göstərəcək”, - deyə məlumatda bildirilir.
Yeni tariflər 2019-cu il noyabrın 1-dən qüvvəyə minir.*
Xidmət |
Köhnə tarif |
Yeni tarif |
Qeyd |
Dövlət və bələdiyyə qiymətli kağızların yerləşdirilməsi |
0,04% |
0,02% |
Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur. |
Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi
|
0,04% |
0,02% |
Komissiya haqqı əqdin həcmindən investorlardan tutulur. |
Korporativ istiqrazların yerləşdirilməsi |
0,04% |
0,02% |
Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər |
Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların emissiya etdiyi istiqrazların yerləşdirilməsi |
0,04% |
0,02% |
Komissiya əqdin həcmindən və yalnız investor tərəfdən tutulur. Emitent xərcləri öz üzərinə götürə bilər |
Repo əməliyyatları |
3 günədək, hər gün üçün 0,001%; 3 gündən artıq 0,003% |
0,001% |
Komissiya haqqı açılış əqdin həcmindən və hər iki tərəfdən tutulur (Azərbaycan Respublikasının Mərkəzi Bankından komissiya haqqı tutulmur) |