Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonu və Yevlax şəhərinin İcra Hakimiyyətlərinin başçılarını dəyişib.
Əliyevin müvafiq sərəncamları cümə axşamı dövlət başçısının saytında dərc olunub.
Sənədlərə əsasən, Elnur Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə Şəmsəddin Xanbabayevi əvəz edib.
Anar Tağıyevin Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. O, bu vəzifədə Qoca Səmədovu əvəz edib. **
F.İsazadə