Prezident İlham Əliyev saxta adamların adlarını siyahıya yazdıraraq onlara düşən vəsaiti mənimsəyən məmurların cəzalandırıldığını bildirib.
İ.Əliyev bu gün Xaçmaz Rayon və Yevlax Şəhər İcra hakimiyyətlərinin yeni başçılarını qəbul edib.
“Bəzi icra başçıları saxta adamların adlarını siyahıya yazdırırdılar, onlara düşən vəsaiti mənimsəyirdilər və beləliklə talançılıqla məşğul idilər. Onların artıq cəzası verilibdir”, - deyə dövlət başçısı vurğulayıb.
O əlavə edib ki, bir çox hallarda rayonlardan gələn məlumat belədir ki, hər şey əladır, hər şey yaxşıdır, biz burada bütün işləri ən yüksək səviyyədə qururuq.
“Amma dərindən baxanda görürsən belə deyil, bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Problemləri ört-basdır etmək yox, üzə çıxarmaq və həll etmək lazımdır”, – deyə prezident vurğulayıb.*
F.İsazadə