“Bank of Baku” 2019-cu ilin yanvar-sentyabr aylarında aktivlərini 0,6% - 298,131 mln. manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2019-cu il sentyabrın 30-na bankın kredit portfeli 194,036 mln. manat (azalma 3,2% - İF) təşkil edib.
Bankın öhdəlikləri 226,544 mln. manata (azalma 12,9%) bərabərdir. Sentyabrın sonuna bankda depozitlər 162,502 mln. manat (azalma 2,6%), əhalinin əmanətəri 145,25 mln. manat təşkil edir.
Oktyabrın əvvəlinə “Bank of Baku”nun kapitalı 71 mln. 587 min manata (artım 79,2%), nizamnamə kapitalı 52,87 mln. manata (dəyişməyib) bərabər olub.
Yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 32,276 mln. manat təşkil edib, baxmayaraq ki, bu 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 25 dəfə çoxdur.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.**
A.Əzizov