“Unibank” 2019-cu ilin yanvar-sentyabr aylarında aktivlərini 13,5% - 787,771 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2019-cu il tarixinə bankın kredit portfeli 425,114 mln. manat (artım 9.7%) təşkil edib.
Hesabat dövrünün sinuna bankın öhdəlikləri 664,94 mln. manata (artım 4,1%), müştəri hesabları 528,736 mln. manata (artım 13,2%) bərabərdir.
Oktyabrın 1-nə “Unibank”ın kapitalı 122,832 mln. manat (artım 2,2 dəfə), nizamnamə kapitalı 125 mln. 686,3 min manat (dəyişməyib) təşkil edir.
2019-cu ilin yanvar-sentyabr aylarının yekunları üzrə bankın xalis mənfəəti 66 mln. 803 min manat (artım 2,2 dəfə) təşkil edib.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir.**
Ə.Məmmədov