“Aztelekom” MMC müxtəlif güclü kondisionerlərin satın alınmasına təqribən 620 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, «ABC-TELEKOM» MMC ilə 520 ədəd müxtəlif güclü kondisionerin satın alınmasına dair müqavilə imzalanıb. Müqavilənin dəyəri – 617,7 min manatdır.
“Aztelekom” MMC 1992-ci ilin avqust ayında yaradılıb və tabeliyində 57 yerli telekommunikasiya müəssisəsini birləşdirir. MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxildir.**
B.Rüstəmbəyov