2019-cu ilin yanvar-sentyabr aylarında “VTB Bank (Azerbaijan)” ASC aktivlərini 11,8% - 151,22 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 50,68 mln. manata (2018-ci ilin sonuna olan müqayisədə artım 2,6% - İF-Az) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 89,594 mln. manat (artım 11,5%), depozit hesabları 63,276 mln. manat (artım 7,7%), o cümlədən əhalinin əmanətləri 36,346 mln. manat təşkil edir.
2019-cu ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2018-ci ilin 9 ayı ərzində 250 mln. 847 min manat məbləğində zərərə qarşı 6,363 mln. manat məbləğində olub.
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.**
Ə.Məmmədov