Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti Neftçala rayonunda Xıllı Nərə Balıqartırma zavodunun inzibati binası və digər tikililərinin təmir işləri üçün şirkət seçir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı 150 manatdır.
Tender təklifləri 2 dekabr saat 17:00-dək qəbul olunur. Zərflər dekabrın 3-də açılacaq. **
B.Rüstəmbəyov