2019-cu il noyabrın 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $61,5 mln.-dan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 1-dək 104 mln. 234,5 min manat (cari məzənnə ilə $61,3 mln.), $213,578 min, 17,566 min avro və 5 min rubl vəsait daxil olub”, - məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.**
A.Əzizov