Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev tutduğu vəzifədən azad edilərək Qaz İxrac İdarəsinin rəisi təyin olunub.
Öz növbəsində, “Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru təyin olunub.
Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev “Neftqaztikinti” trestinin müdiri təyin olundu.
Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) direktor müavini Füzuli Hacıyev tutduğu vəzifədən azad edilərək SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi təyin olunub.
Bundan başqa, Mirkazım Abasov və Rəşad Əliyev (SOCAR-ın Təhlükəsizlik İdarəsinin keçmiş rəisi) SOCAR-ın prezidentinin müşaviri vəzifəsinə təyin olunublar. **
B.Rüstəmbəyov