Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib.
Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncam dövlət başçısının saytında dərc olunub.
Təyinatdan əvvəl Samir Nuriyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postunu tutub.
Prezident Əliyev cümə günü Nuriyevin bu vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.
Nuriyev Prezident Administrasiyasının rəhbəri postunda ötən həftə istefa verən Ramiz Mehdiyevi əvəz edib.
Nuriyev 1975-ci martın 9-da Bakıda anadan olub. Azərbaycan Texniki Universitetini bitirib, ABŞ-ın Dyuk Universitetində magistr dərəcəsi alıb.
2006-cı ildə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib. 2009-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə - bu İdarənin rəisi təyin olunub.
2016-cı ilin aprel ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru, 2018-ci ilin fevral ayından - Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri olub.
Prezident İlham Əliyevin 2018-ci il 21 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. **
A.Əzizov