Sahibkarlığın İnkişafı Fondu avtonəqliyyat vasitələrinin alınmasına 136,7 min manat yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, bu məqsədlə SİF “SUBARU AZƏRBAYCAN" MMC ilə müqavilə imzalayıb.
Eyni zamanda, saytda Fonda tədarük olunacaq avtomobillərin sayı qeyd olunmur.
Xəbər verildiyi kimi, 2018-ci il avqustun 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ləğv edilib və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (SİF) publik hüquqi şəxs təsis edilib. Fondun nizamnamə kapitalı 1 mlrd. 94 mln. 254,581 min manatdır. **
B.Rüstəmbəyov