Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin oktyabr ayında valyuta hərraclarında $654,85 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin sentyabr ayında valyuta hərraclarında $618,95 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, oktyabr ayında fond tərəfindən xarici valyutanın satış həcmi sentyabr ayı ilə müqayisədə 5,8% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, yanvar-oktyabr aylarında valyuta hərraclarında $5 mlrd. 167,7 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin analohji dövür ilə müqayisədə artım 0,9% - İF).
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.**
Ə.Məmmədov