"AFB Bank" 2019-cu ilin yanvar-sentyabr aylarında aktivlərini 39,7% - 583,274 mln. manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabrın 30-na bankın kredit portfeli 284,618 mln. manata (artım 46,5% - İF) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 504,83 mln. manat (artım 53%) məbləğində olub.
Oktyabr ayının əvvəlinə bankda depozitlər 382,657 mln. manata (artım 89,5%) bərabərdir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 78 mln. 443,57 min manat (azalma 10,4%), nizamnamə kapitalı 70 mln. 393,455 min manat (dəyişməyib) təşkil edib.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 4 mln. 384,72 min (2018-ci ilin analoji dövrünün göstəricis ilə müqayisədə azalma 41,2% - İF) manat təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 15 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
Ə.Məmmədov