ABŞ-ın Bakıdakı səfiri Örl Litzenberqer cümə günü Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfəri ilə əlaqədar etiraz notası təqdim edilib.
“Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi Masis Mayilyanın ABŞ-a səfər etməsiilə əlaqədar ABŞ-ın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib. Notada Azərbaycanın işğal olunmuş ərazilərindənsəfər edən qondarma qurumun nümayəndələrinəABŞtərəfindən viza verilməsinə etiraz bildirilibvəbununErmənistan-Azərbaycan münaqişəsi üzrə sülhprosesinəzərbə vurduğu qeyd edilib”, - XİN-in məlumatında deyilir.
Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəliklərinə ziddir.
"Səfir, öz növbəsində ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar oldugunu bildirib. Onun sözlərinə görə, Vaşinqton ATƏT-in Minsk Qrupu prosesini dəstəkləyir və Dağlıq Qarabağdakı rejimi tanımır", - məlumatda qeyd olunur. *
A.Əzizov