SOCAR şirkəti (ARDNŞ) hava şəraitinin pisləşməsi ilə əlaqədar 150 neftçini təxliyə edib. Bu barədə “İnterfaks-Azərbaycan”a ARDNŞ-dən məlumat verilib.
“Noyabrın 2-də hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCARtəhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Şirkət tərəfindən 150 əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib”, - məlumatda qeyd olunur.
Həmçinin bildirilir ki, mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.
ETSN-nin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, noyabrın 2-də günün ikinci yarısından noyabrın 3-ü səhərə qədər Bakı və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 18-23 metr, bəzən 25-30 metr, günorta ayrı-ayrı yerlərdə küləyin sürəti saniyədə - 32-35 metrə çata bilər.
**
Ə.Məmmədov