Noyabrın 21-də Tokioda Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclası keçiriləcək. Bunu Azərbaycanın Yaponiyadakı müvəqqəti işlər vəkili Fərid Talıbov deyib.
"Azərbaycan iqtisadiyyatı, o cümlədən kənd təsərrüfatı sahəsi ilə daha yaxından tanış olmaq üçün Yaponiya iş adamlarını həmin iclasa dəvət edirik”, - Talıbov Yaponiya şirkətlərinin nümayəndələri ilə görüşdə bildirib.
Bu, Azərbaycan-Yaponiya Dövlət Komissiyasının artıq 10-cu iclası olacaq. Ötən iclas 2017-ci il 23 fevral tarixində Bakıda keçirilib.
Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevdir. **
Ə.Məmmədov