Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində dinamika var, son qərarın isə referendum yolu ilə qəbul edilməsi mümkündür. Ermənistanın baş naziri Nikol Paşinyan belə hesab edir.
“Ermənistan-Azərbaycan münasibətlərində vəziyyətin özündə hər zaman təhlükə və təhdidlərin ehtiva etdiyini anlayırıq. Lakin bu təhdidlər bu gün üç, dörd və ya beş il öncə olduğundan daha artıqdır. Əfsuslar olsun ki, buna baxmayaraq, gərginlik var, həmçinin qurbanlar da var. Amma heç kim demir ki, məsələ həll olunub”, - Paşinyan Facebook səhifəsində birbaşa efirdə bildirib.
O qeyd edib ki, Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində dinamika var.
“Bu dinamikanın inkişaf edəcəyinə dair nikbinəm. İstəyirəm ki, hər kəs bilsin, Qarabağ məsələsində istənilən əlbirlik istisna təşkil edir. Danışıqlar prosesində, ilk növbədə Ermənistan xalqı üçün məqbul qərar və ya təklif formalaşdığı zaman, onu xalqa təqdim edəcəyəm, ümumxalq müzakirələri aparılacaq, qərarlar isə ümumxalq formatında qəbul olunmalıdır. Zərurət yaranarsa, hətta referendumun keçirilməsi mümkündür”, - Ermənistanın baş naziri bəyan edib. **