Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına səfərə yola düşüb. Bu barədə XİN-dən məlumat verilir.
“Nazir Stockholmda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik yubileyinə həsr olunmuş nazirlər iclasında iştirak edəcək”, - XİN-dən bildirilir.
Görüşdə proqrama üzv ölkələrin XİN başçıları ilə yanaşı, İsveçin xarici işlər naziri Anna Lind, Avropa Komissiyasında Qonşuluq və İttifaqın Genişlənməsi ətrafında Danışıqlar üzrə baş direktor Kristian Danielson və Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç iştirak edəcək.
“Şərq Tərəfdaşlığı” təşəbbüsünün iştirakçıları Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistandır. **
B.Rüstəmbəyov