Xarici İşlər naziri Elmar Məmmədyarov və Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Abdulrahman Al-Tani ticarət və sərmayə sahəsində birgə səylərin artırılması yolları üzrə müzakirələr aparıblar.
Görüş İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun Dohada keçirilən nazirlər iclası çərçivəsində baş tutub.
“Görüş zamanı Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri ətrafında fikir mübadiləsi aparıldı. Qətərin xarici işlər naziri ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi”, - məlumatda qeyd olunur. **
B.Rüstəmbəyov