Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin yanvar-sentyabr aylarında valyuta hərraclarında $4 mlrd. 512,85 mln. məbləğində xarici valyuta satıb, bu da ötən ilin 9 ayın göstəricisindən 2,7% azdır.
2020-ci il üçün büdcə materiallarına əsasən, ARDNF-nin hərraclarda valyuta satışının həcminin azaldılmasını AMB valyuta bazarında təklifin tələbi üstələməsi ilə əlaqələndirir.
Ümumilikdə, yanvar-sentyabr aylarında Azərbaycanınvalyuta ehtiyalarının artımı müşahidə olunub. 1 oktyabr tarixinə bu göstərici $50 mlrd.-ı ötüb. Bunun $42,5 mlrd.-ı – ARDNF-nin ehtiyatları, $6 mlrd.-dan çoxu – AMB-nin ehtiyatları, qalanı – xəzinədarlıq hesabında qalığın payına düşüb.
Materiallara əsasən, 2019-cu ilin 3-cü rübündə ARDNF qızıl Alişini fəal davam etdirib və 49,71 ton alıb. Oktyabrın əvvəlinə nəticədə ARDNF-nin aktivlərində qızılın xüsusi çəkisi 11,4%-ə çatıb.
Xəbər verildiyi kimi, Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.**
A.Əzizov