Ermənistan hökuməti Kollektiv Təhlükəsizlik Təşkilatından çıxması məsələsinə baxmır. Bunu respublika parlamentinin vitse-spikeri Alen Simonyan deyib.
“Rusiyanın Azərbaycana silah satışı məsələsi hər zaman qaldırılır. Həm Ermənistanın baş naziri tərəfindən qaldırılır, həm də əvvəlki hakimiyyət tərəfindən qaldırılıb. Lakin indiyədək bu məsələ həllini tapmayıb. Rusiyanın reaksiyası dəyişmir – onlar bəyan edirlər ki, Ermənistana da silah təqdim olunur, lakin daha əlverişli, güzəştli şərtlərlə”, - Simonyan İrəvanda KTMT Parlament Assambleyasının plenar iclası çərçivəsində jurnalistlərə bildirib. **