Dekabrın 19-da "Səba" ASC-nin səhmdarlarının ümumi növbədənkənar illik yığıncağı keçiriləcək. Bu barədə cəmiyyətin elanında deyilir.
“Yığıncaqda Müşahidə Şurası və İdarə Heyətində dəyişikliklər, cəmiyyətin Nizamnaməsinin yeni redaksiyası və nizamnamə kapitalı məsələsi müzakirə olunacaq”, - elanda qeyd olunur.
Həmçinin səhmdarlar bank kredtinin cəlb olunması və yeni törəmə müəssisənin yaradılmasını müzakirə etməyi planlaşdırırlar.
"Səba" ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-cı ildə yaranıb.
"Səba" ASC-nin fabriki 135 hektar sahədə yerləşir. Müəssisədə illik 13 min ton quş əti istehsal olunur.
2019-cu il iyulun 1-nə cəmiyyətin aktivləri 75 mln. 123,432 min manat, kapitalı – 39 mln. 581,283 min manat, öhdəlikləri – 35 mln. 542,149 min manat təşkil edir.
2019-cu ilin birinci yarısını “Səba” ASC 3 mln. 266,597 min manat xalis zərərlə başa vurub. **
Ə.Məmmədov