Hesablama Palatası 2020-ci ilin əvvəlinə vahid xəzinə hesabında qalıq vəsaitlərin həcmini 900 mln. manatdan artıq məbləğdə proqnozlaşdırır.
Hesablama Palatasından “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu məbləğ 2019-cu ilin sonuna gözlənilən dövlət büdcəsinin gəlirləri (24 mlrd. 134,5 mln. manat), xərcləri (26 mlrd. 913,7 mln. manat), özəlləşdirmədən daxilolmalar (62 mln. manat), eləcə də dövlət borcuna xidmət üzrə əməliyyatların həcmi nəzərə alınmaqla proqnozlaşdırılır.
Eyni zamanda, Azərbaycan hökuməti 2020-ci ildə vahid xəzinə hesabının qalığının idarə edilməsindən 2 mln. manat məbləğində gəlir əldə etməyi nəzərdə tutur.*
Ə.Məmmədov