Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ukraynalı həmkarı Vadim PristaykonuAzərbaycana səfərə dəvət edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə üzv ölkələrin Xarici İşlər nazirlərinin Stokholmda keçirilən görüşü çərçivəsində E.Məmmədyarov V.Pristayko ilə görüşüb.
“Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barədə fikir mübadiləsi aparıblar. Ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə mövcud olan əməkdaşlıq yüksək qiymətləndirilib”, - deyə məlumatda bildirilir.
Tərəflər Azərbaycan və Ukraynanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə dair razılıq ifadə edilib.*
B.Rüstəmbəyov