2019-cu ilin sonunadək “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi Nazirlər Kabinetinə ekspertizaya təqdim olunacaq. Bunu Maliyyə Bazarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.
“Qanun layihəsi artıq hazırlanıb. Sənəd 9 fəsil və 72 maddədən ibarətdir. Artıq bir neçə dəfə müzakirə olunub və müvafiq strukturlar tərəfindən baxılıb. Yaxın zamanda, hətta yəqin ki, ilin sonunadək, Nazirlər Kabinetinə təqdim olunacaq”, - Alışov çərşənbə günü Bakıda keçirilən "Beynəlxalq Bankçılıq forumun"da bildirib.
Alışov qeyd edib ki, layihə Dünya Bankı ekspertlərinin dəstəyi və Gürcüstan, Türkiyə, Rusiya, Sinqapur, Malayziya və Böyük Britaniya kimi ölkələrin təcrübəsi nəzərə alınmaqla hazırlanıb.
Onun sözlərinə görə, bundan başqa, Palata artıq qəbul olunandan sonra qanunun tətbiqi üçün bir sıra qaydalar tərtib edib.
“Bu qanunun qəbulu müxtəlif ödəniş xidmətıəri təqdim edən şirkətıərin rəqabət qabiliyyiətini artıracaq, həmçinin onların maliyyə alıtlərinə çıxışını güenişləndirəcək. O cümlədən, qanun Azərbaycanın mikromaliyyə şiekətlərinin vəziyyətini yaxşılaşdırmağa imkan yaradacaq”, - Alışov hesab edir.
Xəbər verildiyi kimi, sənəd qəbul edildiyi halda elektron pul və digər maliyyə alətlərinin buraxılışı üçün hüquqi bazanı təmin etməyə, həmçinin maliyyə bazarı iştirakçılarının siyahısını genişləndirməyə imkan verəcək. **
Ə.Məmmədov