“Unibank” ASC-nin səhmdarı Eldar Qəribov Avropa Yenidənqurma və İnkişaf Bankının hissəsinin böyük payının alışı hesabına bankın kapitalındakı payını 77,3839%-dək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a MBNP-dən məlumat verilib.
“Qəribov səhmlərin 35,4748%-ni AYİB-dən alıb. Nəticədə, Qəribovun payı 41,9091%-dən 77,3839%-dək artıb, AYİB-in payı isə 9%-dək azalıb”, - Palatadan qeyd ediblər.
Səhmlərin alqı-satqısı üzrə saziş noyabrın 5-də bağlanıb.
Hazırda fiziki (6,0157%) və hüquqi şəxslər (7,6004%) bankın səhmdarlarıdır.
Eyni zamanda, saziş nəticəsində bankın nizamnamə kapitalı 125 mln. 686,356 min manat səviyyəsində qalıb. Nizamnamə kapitalı bir qiymətli kağız üçün nominalı 2,72 manat olan 46 mln. 208,219 min səhmə bölünüb.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. **
Ə.Məmmədov