Bakı Nəqliyyat Agentliyi dayanacaq pavilyonlarının satın alınmasına 1,8 mln. manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytının məlumatına görə, BNA-nın keçirdiyi tenderin yekunları üzrə dayanacaq pavilyonlarının tədarükçüsü qismində "MG CONSTRUCTION" MMC cəlb olunub. Şirkət ilə 1 mln. 761,74 min manat məbləğində müqavilə imzalanıb.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
N.Abbasova