“Caspian Service” tikinti şirkəti (Azərbaycan) Ukraynada özünün ilk develop layihəsi – “komfort+” sinif “BASA City” yaşayış kompleksinin yaradılmasına $7 mln. yatırmaq niyyətindədir.
“BASA City” yaşayış kompleksi - “Caspian Service” Ukraynada developer qismində ilk tamformatlı layihəsidir. Siyasi proseslərə görə müvəqqəti çətinliklərə baxmayaraq, Ukraynanın mnzil bazarı çox perspektivlidir. Pilot layihə “komfort+” sinifində reallaşdırılır, çünki qiymətləndirmələrimizə əsasən, bu günə mənzil tikintisində bu daha tələbatlı və ən az riskli seqmentdir”, - “İnterfaks-Ukrayna” agentliyinə “Caspian Service”-in Ukraynadakı CEO-su Çingiz Kişiyev bildirib.
Kişiyev qeyd edib ki, şirkət perspektivdə Ukraynada “biznes” və “premium” sinif mənzil seqmentinə daxil olmağı planlaşdırır.
“Caspian Service” 2001-ci ildə təsis olunub. Portfelinə Azərbaycanda 71, Qazaxıstanda – 6, Gürcüstanda – 2, Polşada – 1, Ukraynada – 8 layihə daxildir.
Şirkət 2014-cu ildə Ukraynada fəaliyyətə başlayıb. 2018-ci ildə Kiyev yaxınlığında developer qismində “BASA City” yaşayış kompleksinin reallaşdırılmasına başlayıb. **