“Bakı Metropoliteni” QSC metro vaqonları üçün kondisioner süzgəclərinin satın alınmasına təxminən 236 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, «PLT Business» MMC ilə 235,327 min manat dəyərində müqavilə imzalanıb.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 25 stansiyadan ibarətdir. Sərnişin daşımalarının illik həcmi 200 mln. nəfəri ötür.*
B.Rüstəmbəyov