2003-cü ildən 2019-cu il sentyabrın 30-dək Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin ümumi həcmi 96 mlrd. 112 mln. manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“2019-cu ilin yanvar-sentyabr aylarında ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi 7 mlrd. 536 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
ARDNF 2003-cü ildən dövlət büdcəsinə transfertlərin həyata keçirilməsinə başlayıb.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova