Ötən gün İranın şimal-qərbində baş vermiş zəlzələ nəticəsində 520 nəfər xəsarət alıb. Bu barədə bu gün “Associated Press” agentliyi xəbər verir.
Daha əvvəl 120 nəfərdən çox insanın xəsarət alması barədə məlumat verilmişdi.
Zəlzələ nəticəsində 5 nəfər həlak olub, xəsarət alanlardan 28 nəfəri xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, cümə gününə keçən gecə İranın Şərqi Azərbaycan vilayətində 5,9 maqnitudalı zəlzələ baş verib.*