Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğu əsas amilləri qeyd edir.
“Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün azərbaycanlı əhalinin Dağlıq Qarabağa qayıtması zəruridir.İkincisi, substantiv danışıqlar aparılmalıdır. Üçüncüsü, Ermənistan hərbçiləri işğal olunmuş ərazilərdən çıxarılmalıdır”, - Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiyanın xarici işlər naziri Sergey Lavrovun münaqişənin həlli ilə bağlı sözlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, yalnız bu şərtlər yerinə yetirildiyi halda münaqişənin sülh yolu ilə həlli və Azərbaycanın sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. **
N.Abbasova