İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi xidmətləri seçir. Bu barədə “İnterfaks-Azərbaycan”a İKZF-dən məlumat verilir.
Seçim açıq teder üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı 150 manatdır.
Təklif dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 11 dekabr tarixinədək qəbul olunur. Təklif zərfləri dekabrın 12-də saat 15:00-da açılacaq.
Xidmətlər müqavilə imzalandığı gündən 12 ay müddətində göstərilməlidir. Qiymətli kağızlarla aparılan əməliyyatlar üzrə ərizələrin qəbulu və icrasına dair əməliyyatların ümumi həcmi 60 mln. manat səviyəsində planlaşdırılır. **
Ə.Məmmədov