Noyabrın13-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“İclasda Azərbaycan-BƏƏ əlaqələri və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək”, - deyə məlumatda bildirilir.
Hökumətlərarası Komissiyanın 6-cı iclası 2017-ci ilin aprel ayında Dubayda keçirilib.
Komissiyanın həmsədrləri Azərbaycan və BƏƏ-nin iqtisadiyyat nazirləridir.*
A.Əzizov