Aqrar Kredit və İnkişaf Agentliyi 2019-cu il üzrə ilkin maliyyə hesabatının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS) uyğun auditinin aparılması üçün auditor seçir. Bu barədə AKİA-nın elanında deyilir.
Seçim açıq tender üsulu ilə keçirilir.
Tenderdə iştirak haqqı 250 manat təşkil edir.
Təklif dəyərinin 1%-i həcmində bank təminatı ilə müşayiət olunan tender təklifləri 10 dekabr tarixində qəbul olunur.
Təklif zərfləri dekabrın 11-də açılacaq. **
Ə.Məmmədov