“LUKOIL–Azerbaijan” QSC noyabrın 21-dən müştərilərə yanacaqdoldurma məntəqələrində (YDM) istifadə etmək üçün nəzərdə tutulan birdəfəlik maqnit kartların satışını dayandırır. Bu barədə cəmiyyətin elanında deyilir.
“Bununla əlaqədar “LUKOIL–Azerbaijan” şirkətinin müştərilərinə mövcud birdəfəlik maqnit kartları 2019-cu il dekabrın 31-dək istifadə etmək tövsiyə edilir”, - deyə məlumatda bildirilir.
«LUKOIL–Azerbaijan» QSC ölkədə 1993-cü ildən fəaliyyət göstərir. Şirkət, həmçinin Azərbaycanda ildə 320 min ton neft məhsulunun aşırılmasını təmin edən neft bazasını idarə edir. «LUKOIL–Azerbaijan» 60 YDM-ə malikdir.*
N.Abbasova