2019-cu ilin oktyabr ayında Azərbaycanda inflyasiya sentyabr ayında qeydə alınmış 0,3% səviyyəsində inflyasiyaya qarşı 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin oktyabr ayında respublikada inflyasiya 0,4% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,2%, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,9% bahalaşıb”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,6% (sentyabrın sonuna 2,6%), o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,7%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,2% bahalaşıb.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 2,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
A.Əzizov