Prezident İlham Əliyev Əziz Əzizovu Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Müvafiq sərəncam bu gün imzalanıb və dövlət başçısının saytında dərc olunub.
Bu təyinatla əlaqədar İ.Əliyev Ə.Əzizovu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
Prezidentin digər sərəncamları ilə Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Rafiq Quliyev isə Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.*
B.Rüstəmbəyov