2020-ci ildə özünü maliyyələşdirən rayon və şəhərlərin sayı 34-dən 39-a çatacaq. Bunu maliyyə naziri Samir Şərifov deyib.
2019-cu ildə Gəncə, Lənkəran, Naftalan, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərinə və 26 rayona dövlət büdcəsindən maliyyə yardımı ayrılmayacaq.
“2020-ci ildə Azərbaycanın 39 rayonu özünümaliyyələşdirmə sisteminə keçəcək», - Şərifov bu gün parlament komitələri tərəfindən gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, 2020-ci ildə qalan rayonların xərclərinin ödənilməsi üçün gələn ilin dövlət büdcəsindən 53 mln. manat ayrılacaq, bu da yerli xərclərin ümumi həcminin 6,2% təşkil edir. **
Ə.Məmmədov