Azərbaycan hökuməti 2020-ci ildə ipoteka və sosial mənzillərin tikintisinin məliyyələşdirilməsinə 245 mln. manat (cari məzənnə ilə $144,1 mln.) yönəltməyi planlaşdırır. Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.
"Gələn il ipotekanın maliyyələşdirilməsi, sosial mənzillərin tikilməsi və hərbi qulluqçuların mənzillə təmin olunmasına 245 mln. manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır", - deyə S.Şərifov bu gün Milli Məclisin plenar iclasında gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, gələn il dövlət büdcəsinin sosial xərcləri 10 mlrd. 642 mln. manat təşkil edəcək ki, bu da cari ilə olan proqnozdan 2 mlrd. 874 mln. manat çoxdur.*
Ə.Məmmədov