Udmurt Respublikasından olan iş adamları 2020-ci ildə müxtəlif ölkələrə, o cümlədən Azərbaycana biznes missiyalarda iştirak edəcəklər. Bu barədə jurnalistlərə region rəhbəri Aleksandr Breçalov məlumat verib.
“Payızda Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Şanxay və Pekinə biznes missiyalar təşkil olunacaq, Alma-Atı və Bişkək, Münhen, Fransa və Bakıya işgüzar səfərlər isə planlaşdırılır”, – deyə o bildirib.
A.Breçalov, həmçinin qeyd edib ki, sahibkarlar Qazaxıstan və Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Bundan əlavə, Azərbaycanla bağlı halda respublikanın müəssisələri “nəhəng neft-qaz avadanlıqları klasteri”i yaradıb.*
A.Əzizov